“Baykar” ilə İndoneziya arasında KIZILELMA ixrac müqaviləsi imzalanıb

2026/05/1778069299.jpg
Oxunub: 512     15:59     06 May 2026    
Türkiyə müdafiə sənayesinin qlobal miqyasdakı ən böyük görüşlərindən biri olan SAHA 2026 strateji ixrac uğuruna ev sahibliyi edib.

Ordu.az xəbər verir ki, Türkiyənin insansız platformalar sahəsində qabaqcıl şirkəti “Baykar” ilə İndoneziyada yerləşən “PT Republik Aero Dirgantara” (Republikorp) arasında “Bayraktar” KIZILELMA Pilotsuz Döyüş Təyyarəsinin tədarükünə dair rəsmi müqavilə imzalanıb.

İstanbul Sərgi Mərkəzində təşkil olunan imza mərasimində hər iki şirkətin yüksəkvəzifəli rəhbərləri və müdafiə sənayesi nümayəndələri iştirak ediblər.

Müqaviləni “Baykar” adından Haluk Bayraktar imzalayıb.

Haluk Bayraktar imza mərasimində etdiyi çıxışda bunları deyib: “Bayraktar” KIZILELMA üçün ilk dəfə İndoneziya ilə ixrac müqaviləsi imzaladıq. Müqavilə çərçivəsində 12 ədəd “Bayraktar” KIZILELMA-dan ibarət eskadrilyanın təhvilinə 2028-ci ildə başlanması planlaşdırılır. Müqavilədə əlavə olaraq 4 eskadrilya üçün opsiya da yer alır”.

Razılaşma yalnız sistem tədarükünü deyil, eyni zamanda İndoneziyada yerli şəkildə texniki xidmət və istismar məqsədilə istehsal və texniki xidmət mərkəzinin yaradılmasını da əhatə edir.

İndoneziya ilə daha əvvəl “Bayraktar” AKINCI və “Bayraktar” TB2 müqavilələri imzalanmışdı. KIZILELMA bu ölkəyə ixrac edilən üçüncü fərqli tip pilotsuz uçuş aparatı olub.

2026-cı ildən etibarən seriyalı istehsal fəaliyyəti sürət qazanan “Bayraktar” KIZILELMA-nın bu müqavilə çərçivəsində İndoneziya Hərbi Hava Qüvvələrinin modernizasiya prosesində kritik rol oynaması gözlənilir.

Strateji tərəfdaşlıq və texnologiya transferi

Müqavilə yalnız məhsul tədarükünü deyil, eyni zamanda iki ölkə arasındakı texnoloji ekosistemin inteqrasiyasını da əhatə edir.

“PT Republik Aero Dirgantara” Cənub-Şərqi Asiya bazarında müdafiə həlləri təqdim edən strateji aktor olaraq KIZILELMA-nın bölgədəki əməliyyat davamlılığına töhfə verəcək.

Yeni nəsil hava döyüşünün öncüsü: KIZILELMA

“Bayraktar” KIZILELMA Türkiyənin Pilotsuz Döyüş Təyyarəsi Sistemi (MİUS) layihəsi çərçivəsində hazırlanan, aşağı radara görünmə qabiliyyəti və yüksək manevr qabiliyyəti ilə ön plana çıxan platformadır.

8,5 ton maksimal qalxış çəkisinə və 1,5 ton faydalı yük daşıma qabiliyyətinə malik olan təyyarə gövdə daxilində sursat daşıma xüsusiyyəti ilə “stealth” xarakterini qoruya bilir.

KIZILELMA dünya aviasiya tarixində öz radar sistemi - AESA vasitəsilə aşkarladığı hava hədəfini yenə öz daşıdığı yerli “hava-hava” raketi ilə məhv edə bilən ilk pilotsuz döyüş təyyarəsi statusuna malikdir.

Süni zəka dəstəkli avtonom kol uçuşu və ağıllı eskadrilya əməliyyatları ilə gələcəyin hava döyüşü doktrinasını formalaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   İndoneziya   KIZILELMA  


Bizi "telegram"da izləyin