STM-dən kamikadze PUA-larına qarşı yeni həll: TUNGA-X ilk dəfə təqdim olundu

2026/05/1778069135.jpg
Oxunub: 506     15:48     06 May 2026    
Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən STM “pilotsuz uçuş aparatı ovçusu” TUNGA-X-i SAHA 2026 sərgisində ilk dəfə təqdim edib.

Ordu.az xəbər verir ki, pilotsuz uçuş aparatı aşkarlama radarları ilə inteqrasiya olunmuş şəkildə çalışaraq düşmən pilotsuz uçuş aparatı elementlərini havada məhv etmək üçün hazırlanan TUNGA-X yüksək sürəti və avtonom tapşırıq qabiliyyəti ilə diqqət çəkir.

Türkiyə müdafiə sənayesində milli və innovativ sistemlər hazırlayan “STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş.” avtonom sistemlər sahəsində yeni həllərinə daha birini əlavə edib.

Xüsusilə asimmetrik döyüş meydanında getdikcə artan aşağı maliyyətli kamikadze pilotsuz uçuş aparatı təhdidlərinə qarşı hazırlanan TUNGA-X “Interceptor” (Önləyici) pilotsuz uçuş aparatı SAHA 2026-da ilk dəfə nümayiş etdirilib.

Güləryüz: Asimmetrik təhdidlərə qarşı maliyyət baxımından effektiv qalxan yaradırıq

STM-nin baş direktoru Özgür Güləryüz pilotsuz uçuş aparatlarının müasir döyüş meydanındakı dəyişdirici təsirinə diqqət çəkərək bunları deyib:

“Bu gün aşağı maliyyətli, lakin yüksək təsir gücünə malik sabit qanadlı kamikadze pilotsuz uçuş aparatlarının kritik obyektləri təhdid etməsi müdafiə strategiyalarımızda yeni səhifə açmağımızı tələb edir. Bu tip təhdidləri daha bahalı hava hücumundan müdafiə raketləri ilə önləmək davamlı maliyyət idarəçiliyi təqdim etmir. TUNGA-X məhz bu nöqtədə işə düşür. Təxminən 300 km/saat kimi çox yüksək sürətlərə çata bilən, radar ilə inteqrasiya olunmuş şəkildə çalışan və hədəfi havada məhv edən bu ovçu dron sistemimizlə istifadəçiyə asimmetrik təhdidlər qarşısında həm texnoloji, həm də maliyyət baxımından effektiv üstünlük təqdim edirik. STM olaraq avtonom sistemlər sahəsindəki təcrübəmizi antidron sahəsinə daşımağın qürurunu yaşayırıq”.

Kamikadze pilotsuz uçuş aparatı təhdidinə yerli cavab

“Ovçu pilotsuz uçuş aparatı” TUNGA-X çoxrotorlu arxitekturası sayəsində dar sahələrdən və ya hərəkətli platformalardan şaquli qalxma həyata keçirə bilir.

STM-nin süni zəka və avtonomiya sahəsindəki imkanlarının tətbiq olunduğu TUNGA-X manuel və avtonom rejimlərdə uçuş həyata keçirərkən görüntü emalına əsaslanan avtonom hədəf izləmə xüsusiyyəti ilə diqqət çəkir.

Radar tərəfindən 10 kilometr mənzildən aşkarlanan təhdid elementi anında TUNGA-X-ə ötürülür.

Sistem ehtimal olunan yaxınlaşma dəhlizinə sürətlə hərəkət edərək hədəfi gecə-gündüz EO/IR kamera vasitəsilə təsdiqləyir və yaxınlaşma partlayış mexanizmi ilə havada zərərsizləşdirir.

Sistem fırlanan qanad quruluşu sayəsində tapşırığın ləğvi seçimi ilə təhlükəsiz şəkildə geri qayıtma qabiliyyətinə malikdir.

Həm şəhər daxilində, həm də kənd ərazilərində yerləşdirilə bilən Türkiyənin “ovçu pilotsuz uçuş aparatı” müxtəlif daşıyıcı platformalara inteqrasiya oluna bilən modulyar quruluşa malikdir.

Texniki xüsusiyyətlər

Döyüş başlığı: 750 qram (sursat + başlıq)
Uçuş müddəti: 15 dəqiqə
Sürət: 300 km/saat (maksimum)
Mənzil: 25 kilometr (150 km/saat - 1500 metr AGL)
Maksimal hündürlük: 5000 metr (AGL)
Hücum rejimləri: GNSS tuşlama/optik tuşlama

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   PUA   TUNGA-X  


Bizi "telegram"da izləyin