Ordu.az xəbər verir ki, sərgidə ASELSAN ilə İndoneziya rəsmiləri arasında iki fərqli müqavilə imzalanıb.
SAHA-da İnsansız Dəniz Platformaları (İDP) Faydalı Yük Müqaviləsi ilə Tapşırıq Kritik Rabitə Sistemləri Müqaviləsi ASELSAN stendində imza altına alınıb.
İndoneziya Hərbi Dəniz Qüvvələri Komandanlığının istifadəsinə veriləcək İDP Faydalı Yük Müqaviləsi ilə İndoneziya Silahlı Qüvvələri üçün hazırlanacaq Tapşırıq Kritik Rabitə Sistemləri Müqaviləsi ASELSAN-ın baş direktoru Ahmet Akyolun iştirak etdiyi mərasimdə ASELSAN baş direktorunun müavini Özgür Taylan Sarı ilə “PT Republic” şirkətinin direktoru İvandri Febriando Sitepo arasında imzalanıb.
İmzalanan müqavilələrlə İndoneziyaya ASELSAN-ın milli sistemləri təmin ediləcək.
Sevinc Əliyeva
Ordu.az