Sumıda Rusiyaya məxsus iki PUA uşaq bağçasının binasına düşüb

2023/12/1703914070.jpg
Oxunub: 349     13:42     06 May 2026    
Rusiya məxsus iki pilotsuz uçuş aparatı (PUA) Ukraynanın Sumı şəhərinin mərkəzi hissəsindəki uşaq bağçasının binasına düşüb.

Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə şəhər meri vəzifəsini müvəqqəti icra edən Artyom Kobzar məlumat verib.

"Zərərçəkənlər və dağıntıların miqyası barədə məlumatlar hazırda dəqiqləşdirilir. Müvafiq xidmətlər hadisə yerindədir", – Kobzar yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sumı   PUA  


Bizi "telegram"da izləyin