Tokayev: "Qazaxıstan Silahlı Qüvvələrində genişmiqyaslı islahatlar aparılacaq"

2026/05/1778059497.jpg
Oxunub: 282     13:08     06 May 2026    
Qazaxıstanın müdafiə potensialının artırılması və yaxın 2 il ərzində Silahlı Qüvvələrdə genişmiqyaslı modernləşdirmə işlərinin həyata keçirilməsi planlaşdırılır.

Ordu.az Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Vətənin Müdafiəçisi Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Prezident qeyri-sabit beynəlxalq şəraitdə Qazaxıstanın müxtəlif çağırış və təhdidlərə hazır olmasının vacibliyini vurğulayıb:

"Bu səbəbdən biz müdafiə potensialımızı artırmalı və ilk növbədə, Silahlı Qüvvələrin texnoloji cəhətdən modernləşdirilməsini davam etdirməliyik. Bu, indiki qeyri-sabit, təlatümlü dövrün tələbidir. Bunu nəzərə alaraq, birinci növbədə Silahlı Qüvvələrimizdə və hərbiləşdirilmiş strukturlarda dərin islahatlar aparılmalıdır. Bu, qısa müddətdə - iki il ərzində həll edilməli olan strateji əhəmiyyətli vəzifədir".

O vurğulayıb ki, Qazaxıstan sülhsevər dövlət olaraq qalır və münaqişələrin yalnız diplomatik yolla həllinə tərəfdardır. Lakin zərurət yarandığı halda ölkə daha sərt mövqedən çıxış edərək öz maraqlarını müdafiə etməyə hazırdır.

"Hesab edirik ki, beynəlxalq hüququn norma və prinsiplərinə ciddi şəkildə riayət olunmalıdır. Qazaxıstan dünyanın bütün ölkələri ilə dostluq münasibətlərini möhkəmləndirməyə davam edəcək. Bu sarsılmaz prinsiplər yeni Konstitusiyamızda təsbit olunub. Lakin bu, fəaliyyətsiz qalacağımız anlamına gəlmir", - Tokayev qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Qazaxıstan  


Bizi "telegram"da izləyin