Ordu.az xəbər verir ki, TÜBİTAK BİLGEM tərəfindən hazırlanan passiv yayım aşkarlama sistemi SAYE hədəf platformalardan yayılan siqnalları aşkarlayaraq çatma vaxtı fərqi (TDOA) prinsipi ilə 3 ölçülü hədəf mövqeləndirməsi həyata keçirən passiv yayım aşkarlama sistemidir.
Sistem paylanmış və zaman sinxronlu algılayıcı komponentləri ilə impuls və davamlı tipdə çalışan radar, qarışdırıcı, naviqasiya və digər siqnalları aşkarlayaraq detallı siqnal analizi, hədəf təqibi və kimlikləndirmə həyata keçirə bilir.
Mühitə elektromaqnit yayımı etmədiyi üçün aşkarlanması və qarışdırılması aktiv radarlara nisbətən daha çətin olan sistem hava mənzərəsinin formalaşdırılması və uzun mənzilli aşkarlama qabiliyyəti ilə erkən xəbərdarlıq məqsədilə istifadə oluna bilir.
Modulyar və açıq sistem arxitekturası ilə istifadəçi ehtiyaclarına uyğun həllər formalaşdırıla bilir.
Yerli və milli sistem olan SAYE fərq edilmədən izləmə və geniş tezlik diapazonunda aşkarlama qabiliyyətləri ilə ön plana çıxır.
Təqdim etdiyi 2D/3D mövqeləndirmə və real vaxt rejimində hədəf təqibinə əlavə olaraq İmpuls Təyinedici Söz (DTK) analizi sayəsində siqnalları detallı şəkildə analiz edərək təsnifat və hədəf kimlikləndirməsi həyata keçirə bilir.
Modulyar quruluşu sayəsində sabit və ya daşına bilən şəkildə istifadə oluna bilir.
Bundan əlavə AWCIES/ASTERIX formatındakı interfeysləri ilə istifadəçiyə mövcud radar, komanda-idarəetmə və hava hücumundan müdafiə sistemləri ilə uyğun, standartlaşdırılmış məlumat paylaşımı imkanı təqdim edir.
Sevinc Əliyeva
Ordu.az