Ordu.az xəbər verir ki, TÜBİTAK BİLGEM tərəfindən hazırlanan radioelektron mübarizə və elektron dəstək podları İstanbul Sərgi Mərkəzində nümayiş etdirilib.
TÜBİTAK BİLGEM pilotsuz uçuş aparatları üçün hazırladığı yeni radioelektron mübarizə podları ilə müdafiə texnologiyalarında yeni addımlar atmağa davam edir.
Bu çərçivədə SAHA EXPO 2026-da nümayiş etdirilən və Pilotsuz Uçuş Aparatı Özünü Qoruma Podu-L adlandırılan İHA SPPOD-L pilotsuz uçuş aparatlarına müdafiə təmin etmək məqsədilə infraqırmızı, radarla idarə edilən raketlər və təhdid pilotsuz uçuş aparatlarına qarşı Tapşırıq Məlumat Faylında (GVD) müəyyən edilmiş istilik fişəngi atışının avtomatik və ya manual şəkildə həyata keçirilməsini təmin edir.
Sözügedən sistemdə “chaff/flare” atış istiqaməti də manuel şəkildə tənzimlənə bilir.
SPPOD-L-nin təqdim etdiyi üstün ağıllı axtarış və müşahidə xüsusiyyətləri ilə pilotsuz uçuş aparatlarının intensiv əməliyyat mühitlərində tapşırıqlarını tam şəkildə yerinə yetirməsi təmin olunur.
SPPOD-L Raket Xəbərdarlıq Sistemləri və Əks-Tədbir Atış Sistemlərini (KTAS) əsas alan son texnologiyalı məhsul kimi təqdim edilir.
TÜBİTAK BİLGEM-dən pilotsuz uçuş aparatları üçün yeni radioelektron mübarizə podları
TÜBİTAK BİLGEM Qabaqcıl Texnologiyalar Araşdırma İnstitutu (İLTAREN) tərəfindən hazırlanan radioelektron mübarizə və elektron dəstək podları SAHA EXPO 2024-də nümayiş etdirilmişdi.
TÜBİTAK BİLGEM-ə bağlı radioelektron mübarizə sahəsində fəaliyyət göstərən İLTAREN F-16 təyyarəsi üçün hazırladığı radioelektron mübarizə və elektron dəstək podlarındakı dizayn, inkişaf, inteqrasiya və sınaq təcrübəsindən istifadə edərək pilotsuz uçuş aparatları üçün tapşırığa xüsusi, yüngül, kompakt və xərc baxımından effektiv pod həlləri təqdim edir.
Bu podlarla radioelektron mübarizə sahəsində pilotsuz uçuş aparatlarının effektiv istifadəsinin artırılması və Türkiyənin bu sahədəki taktiki üstünlüyünün möhkəmləndirilməsi hədəflənir.
Sevinc Əliyeva
Ordu.az