“Mavi Vətən”dəki təhdidlər CELLAT KİDP tərəfindən dayandırılacaq

2026/05/1778058269.jpg
Oxunub: 460     12:56     06 May 2026    
“Mavi Vətən”dəki təhdidləri aradan qaldırmaq məqsədilə hazırlanan avtonom Kamikadze İnsansız Dəniz Platforması (KİDP) CELLAT SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində ilk dəfə nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi “Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığında İstanbul Sərgi Mərkəzində başlayıb.

İnsansız dəniz platformalarına yönəlmiş işləri ilə diqqət çəkən “Kayacı Savunma” yeni məhsulu CELLAT KİDP-ni sərgidə ilk dəfə nümayiş etdirib.

CELLAT KİDP 5 metr uzunluğa və 1,7 metr enə malikdir. Təxminən 50 düyün sürətə çatan, 450 dəniz mili mənzilə sahib CELLAT 500 kiloqram faydalı yüklə tapşırıq yerinə yetirə bilir.

Universitet-sənaye əməkdaşlığı ilə tamamilə yerli və milli imkanlarla hazırlanan CELLAT Anadolu sərmayəsinin, akademik biliklərin və sahibkarlığın nümunəsini təşkil edir.

“Kayacı Savunma” İdarə Heyətinin sədri Hakan Kayacı AA müxbirinə açıqlamasında OKHAN İDPs-indən sonra CELLAT KİDP-ni hazırladıqlarını bildirib.

Təxminən 1 ildir layihə üzərində çalışdıqlarını bildirən Kayacı deyib:

“3-4 ildir İDP-mizlə sahədə Müdafiə Sənayesi Komitəmiz və Sahil Təhlükəsizlik Komandanlığımız ilə sıanqlarımızı davamlı həyata keçiririk. Son dövrdə Körfəzdə baş verən hadisələr və Ukrayna müharibəsindən çıxış edərək ölkəmizin insansız sistemlərə dünyanın ehtiyac duyduğundan daha çox ehtiyacı olduğuna inandıq. Prezidentimizin “Türkiyə Əsri” vizyonu istiqamətində müdafiə sənayesində bir KOBİ, “Anadolu pələngi” olaraq belə bir məhsulu istehsal etmək və ölkəmizə xidmət etmək üçün çalışdıq. Məhsulu real xüsusiyyətləri ilə SAHA 2026-da nümayiş etdirəcəyik”.

CELLAT-ın xüsusilə aşağı radara görünmə xüsusiyyəti ilə iddialı olduğunu vurğulayan Kayacı 50 düyün sürət və 500 kiloqrama qədər faydalı yük, sursat daşıma qabiliyyətinin mühüm əməliyyat qabiliyyəti təmin etdiyini bildirib.

Peyk rabitə sistemi inteqrasiyası ilə mənzil məhdudiyyəti olmadan istənilən hədəfə yönələ bildiklərini izah edən Kayacı İDP-lərdəki infrastrukturu buraya köçürərək CELLAT-ı ortaya çıxardıqlarını qeyd edib.

Kayacı sözlərini belə davam etdirib: “İnşallah iqtisadi baxımdan da dünyada rəqabət aparacaq məhsul olacaq. Məhsulun qısa testlərini etdik, sərgidən dərhal sonra isə böyük testimizi həyata keçirəcəyik. Yəqin ki, 2 ay ərzində tapşırığa hazır vəziyyətə gətirərik. O qədər iddialı və sürətliyik. Heç bir şəkildə kənardan dəstəyimiz yoxdur. Proqram təminatından platformanın istehsalına qədər hər şeyi öz emalatxanamızda etdik. Buraya da gizli şəkildə gətirdik, ilk örtüyünü də burada açırıq. İnşallah, adına uyğun şəkildə tapşırıq yerinə yetirib Türkiyəmizi təmsil edəcək şəkildə irəliləyəcəyimizə inanıram”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CELLAT   KİDP   Türkiyə  


Bizi "telegram"da izləyin