MKE-dən Avropa açılımı: TOLGA sistemi Macarıstanın İQP-sinə inteqrasiya ediləcək

2026/05/1778058217.jpg
Oxunub: 368     12:51     06 May 2026    
MKE ilə Macarıstanda yerləşən “HT Division” arasında “HT Division” tərəfindən hazırlanan İnsansız Quru Platformalarına (İQP) MKE-nin TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sisteminin inteqrasiyasına dair anlaşma memorandumu (MoU) imzalanıb.

Ordu.az xəbər verir ki, SAHA 2026 çərçivəsində həyata keçirilən razılaşma ilə tərəflərin müasir döyüş meydanının dəyişən ehtiyaclarına yönəlmiş ortaq işlər aparması və TOLGA sisteminin müxtəlif quru platformalarına inteqrasiya edilməsi hədəflənir.

TOLGA sistemi İQP-yə inteqrasiya ediləcək

Əməkdaşlıq çərçivəsində MKE tərəfindən hazırlanan 20 mm TOLGA Silah Sistemi və qüllə həllinin “HT Division”un İQP-sinə inteqrasiya edilərək iyun ayında keçiriləcək “Eurosatory 2026” sərgisində nümayiş etdirilməsi planlaşdırılır.

Beynəlxalq əməkdaşlıq vurğusu

Razılaşmanın Türkiyə müdafiə sənayesinin Avropa mərkəzli quru platformaları ilə inteqrasiya qabiliyyətini artırmaqla yanaşı, insansız sistemlər sahəsində beynəlxalq əməkdaşlıqları gücləndirməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Avropa   TOLGA  


Bizi "telegram"da izləyin