Avrokomissar Yorgensen: “Dünya ən ağır enerji böhranı ilə üzləşib”

2026/05/1778057531.jpg
Oxunub: 338     12:45     06 May 2026    
Enerji və mənzil məsələləri üzrə avrokomissar Dan Yorgensen mətbuat konfransında bildirib ki, dünya tarixdəki ən ağır enerji böhranı ilə üzləşib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Dünya tarixdə bəlkə də ən ciddi enerji böhranı ilə üzləşib və bu böhran iqtisadiyyatlarımızın, cəmiyyətlərimizin və tərəfdaşlığımızın dayanıqlığını sınağa çəkir”, - deyə Yorgensen qeyd edib.

Avrokomissar həmçinin vurğulayıb ki, Yaxın Şərq böhranının başlanmasından etibarən Avropa İttifaqı yanacaq idxalına 300 milyard avrodan çox vəsait xərcləsə də, əlavə tədarüklər əldə edə bilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yorgensen   Enerji-böhranı  


Bizi "telegram"da izləyin