Ordu.az xəbər verir ki, bunu Pekində çinli həmkarı Van İ ilə görüş zamanı İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Biz yalnız ədalətli və hərtərəfli razılaşmanı qəbul edəcəyik”, - deyə ISNA agentliyi Əraqçinin sözlərindən sitat gətirib.
Əraqçi vurğulayıb ki, ABŞ-nin başladığı müharibə beynəlxalq hüququn açıq şəkildə pozulması hesab olunur və İran ABŞ tərəfi ilə danışıqlarda öz hüquq və maraqlarını qorumaq üçün bütün səylərini səfərbər edəcək.
İranın xarici işlər naziri Pekinin beynəlxalq arenadakı mövqeyini və ABŞ ilə İsrailin hərəkətlərini pisləməsini müsbət qiymətləndirib. Əraqçinin fikrincə, mövcud şəraitdə İran İslam Respublikası ilə Çin arasında əməkdaşlıq inkişaf etməyə davam edəcək.
Sevinc Əliyeva
Ordu.az