CBS: Yaxın Şərqdə CGM “San Antonio” gəmisinə hücum edilib, yaralananlar var

2026/05/1778050827.jpg
Oxunub: 379     10:57     06 May 2026    
Çərşənbə axşamı axşamı Yaxın Şərqdə CMA CGM “San Antonio” yük gəmisinə hücum edilib. Ekipaj üzvləri arasında yaralananlar var.

Ordu.az xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ-nin rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında mərminin yük gəmisinə dəydiyini bildirmişdi, lakin həmin vaxt gəminin adı açıqlanmamışdı.

“Fars körfəzində yük gəmisi raket atəşinə məruz qalıb. İlkin məlumatlara görə, zərbə qurudan endirilib. Hücum nəticəsində ekipajın bir neçə filippinli üzvü yaralanıb. Fransız şirkətinə məxsus CGM “San Antonio” gəmisi yerli vaxtla çərşənbə axşamı axşamı hədəfə alınıb”, - deyə telekanalın saytında ABŞ-nin rəsmi mənbələrinə istinadən bildirilib.

CBS həmçinin xəbər verir ki, günorta saatlarında gəmi Dubay yaxınlığında olub, lakin bundan sonra onun hərəkət trayektoriyasını izləmək mümkün olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CGM-San-Antonio   Hücum  


Bizi "telegram"da izləyin