İsrail "Hizbullah"a aid 25 hərbi mövqeyə zərbələr endirib

2025/01/1736919050.jpg
Oxunub: 316     10:32     06 May 2026    
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah” hərəkatının 25 hərbi mövqeyinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində IDF “Hizbullah”ın 25 obyektinə, o cümlədən silah anbarına və hərbi məqsədlərlə istifadə olunan qurğuya zərbələr endirib”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin