Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib

2026/05/1778047784.jpg
Oxunub: 313     09:57     06 May 2026    
Çin və İranın xarici işlər nazirləri Van İ və Abbas Əraqçi Pekində danışıqlar aparıb.

Ordu.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Onlar qarşılıqlı maraq doğuran məsələləri, eləcə də regional və beynəlxalq gündəliyi müzakirə ediblər.

Digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Van İ və A.Əraqçinin görüşü ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin mayın 14-15-də keçiriləcək sammitindən əvvəl baş tutub. Bu sammitdə ABŞ ilə İran arasındakı münaqişə əsas mövzulardan biri olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Van-İ   Əraqçi  


Bizi "telegram"da izləyin