SCMP: Çin HDQ PUA-ları vurmaq üçün gəmi HHM sistemini sınaqdan keçirib

2026/01/1769766744.jpg
Oxunub: 309     09:48     06 May 2026    
Çin Hərbi Dəniz Qüvvələri pilotsuz uçuş aparatlarını məhv etmək üçün yeni gəmi hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

Ordu.az SCMP-yə istinadən xəbər verir ki, Çin bu sistemin Xalq Azadlıq Ordusunun döyüş gəmiləri üçün seriyalı istehsalını təsdiqləyib.

Məlumata görə, sistem Boxayvan körfəzində yekun sınaqlardan uğurla keçib və maneələr şəraitində ultraaşağı hündürlükdə hərəkət edən mürəkkəb hədəfləri vurub.

Bildirilib ki, sistem real döyüş simulyasiyası şəraitində ultraaşağı hündürlükdə yüksək çətinlikli hücumlar həyata keçirən bir neçə pilotsuz uçuş aparatını ələ keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HDQ   PUA  


Bizi "telegram"da izləyin