Rubio: “Ağ Evin mətbuat zalındakı bəzi jurnalistlər “qırmızı xaç”larla işarələnib”

2026/02/1772207966.jpg
Oxunub: 436     09:25     06 May 2026    
ABŞ dövlət katibi Marko Rubio zarafatla bildirib ki, Ağ Evin mətbuat zalındakı bəzi jurnalistlərin üzərində “qırmızı xaç” işarələri var.

Ordu.az xəbər verir ki, o, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitti əvəz etdiyi brifinq zamanı deyib.

Rubio qeyd edib ki, ona zalın kiçik xəritəsini veriblər, lakin onu hara qoyduğunu bilmir.

“Sizlərdən bəziləriniz onun üzərində qırmızı xaçlarla qeyd olunmusunuz”, - deyə o bildirib.

ABŞ dövlət katibi bunun zarafat olduğunu xüsusi vurğulayıb.

Brifinq zamanı o, jurnalistlərə qarşı mənfi münasibətinin olmadığını göstərmək üçün dəfələrlə mətbuat konfransı formatına öyrəşmədiyini təkrarlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ  


Bizi "telegram"da izləyin