Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb tankerlərin Hörmüz boğazından keçməli olmasıdır.
Agentliyin məlumatına görə, bu barədə dövlətə məxsus SOMO neft şirkətinə istinad edilib.
Nəşr yazır ki, OPEC üzvü olan neft istehsalçısı əsas “Basrah Medium” markalı neftinin rəsmi qiymətlərinə nisbətdə bir barel üçün 33,40 dollara qədər endirim təklif edir.
Mayın 3-ü tarixli sənəddə ayın müxtəlif dövrləri üçün nəzərdə tutulan qiymət səviyyələrinin siyahısı yer alıb.
“Bloomberg” qeyd edir ki, təklif olunan endirimlər Bağdadın qlobal neft bazarında qalmaqda davam edən risklər və məhdudiyyətlər fonunda ixracı stimullaşdırmaq istəyini əks etdirir.
Sevinc Əliyeva
Ordu.az