Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Yeni sistemə əsasən, boğazdan keçmək niyyətində olan bütün gəmilər “
[email protected]” ünvanından keçid qaydaları və tələbləri əks etdirən elektron məktub alacaqlar.
Gəmilər həmin qaydalara uyğun hərəkət etməli və Hörmüz boğazından keçməzdən əvvəl tranzit icazəsi almalıdırlar.
Qeyd olunur ki, bu təşəbbüs suveren idarəetmə sistemi kimi təqdim olunur.
Hazırda sistem beynəlxalq ticarətə daxil olan neftin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında tətbiq edilir.
Məlumata görə, İran silahlı qüvvələri İslam Respublikasına qarşı fevralın 28-də başlanmış müharibədən sonra Hörmüz boğazına ciddi nəzarət qurub və ABŞ və İsraillə əlaqəli bütün gəmilərin keçidini bağlayıb.
Tehran daha əvvəl ABŞ və İsrailin Pakistan vasitəçiliyi ilə əldə olunan atəşkəs sazişinə Livanın da daxil edilməsinə razılaşmasından sonra boğazı yenidən açmağa hazır olduğunu bildirmişdi.
Lakin İran hakimiyyəti Vaşinqton və Təl-Əvivin atəşkəs şərtlərini pozmaqda davam etdiyini əsas gətirərək su yolunun yenidən bağlandığını açıqlayıb.
Hazırda İran parlamentində müzakirə olunan qanun layihəsi İsraillə əlaqəli bütün gəmilərə tam qadağa tətbiq olunmasını nəzərdə tutur.
ABŞ və digər düşmən ölkələrlə əlaqəli gəmilər isə ciddi məhdudiyyətlərlə üzləşəcək.
Qanunvericilik təşəbbüsü eyni zamanda düşmən olmayan ölkələrin gəmilərindən keçid haqqının tutulmasını da nəzərdə tutur.
Son günlər gərginlik xüsusilə artıb. Buna səbəb bazar günü ABŞ-nin İranı boğaza nəzarətdən məhrum etmək məqsədilə əməliyyata başlaması olub.
Sevinc Əliyeva
Ordu.az