Rubio: “Fevralda İrana qarşı başlanmış hərbi əməliyyat başa çatıb”

2026/05/1778044110.jpg
Oxunub: 300     09:06     06 May 2026    
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, fevralda İrana qarşı başlanmış hərbi əməliyyat artıq başa çatıb.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, Rubio bunu çərşənbə axşamı Ağ Evdə keçirilən brifinqdə deyib.

“Əməliyyat başa çatıb. Prezidentin Konqresə məlumat verdiyi kimi, “Epik qəzəb” mərhələsini tamamlamışıq. İndi isə “Azadlıq” layihəsinin icrasına keçirik”, - deyə Rubio bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs ABŞ prezidenti Donald Trampın ticarət gəmilərinin Hörmüz boğazından keçirilməsi ilə bağlı planına aiddir.

Qeyd edək ki, ötən həftə Ağ Ev Konqresə İran əleyhinə hərbi əməliyyatların dayandırıldığı barədə məlumat vermişdi.

Buna səbəb qanunvericilərin rəsmi icazəsini tələb edən 60 günlük müddətin başa çatması olub.

Tramp isə danışıqların iflasa uğrayacağı və ya İranın mövcud atəşkəsi pozacağı təqdirdə bombardmanların yenidən başlaya biləcəyini istisna etməyib.

Rubionun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı məsələlər, o cümlədən yüksək zənginləşdirilmiş uran ehtiyatları danışıqlar yolu ilə həll olunacaq.

“Danışıqlara gəlincə, düşünürəm ki, prezident aydın şəkildə başa salıb ki, danışıqlar prosesinin bir hissəsi təkcə zənginləşdirmə məsələsi deyil, həm də haradasa çox dərin bir yerdə saxlanılan həmin materialın taleyinin nə olacağıdır.

Mən danışıqları risk altına atmaq istəmirəm, amma deməyə kifayətdir ki, prezident və bütün komanda bu məsələnin əhəmiyyətini anlayır və bu problem bir şəkildə həll olunmalıdır”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Rubio  


Bizi "telegram"da izləyin