“ABŞ İranın hansı mövzularda danışıqlara hazır olduğunu anlamağa çalışır” - Rubio

2026/05/1778044050.jpg
Oxunub: 304     09:04     06 May 2026    
ABŞ nümayəndələri İranın hansı məsələlər üzrə danışıqlara hazır olduğunu müəyyənləşdirmək istiqamətində çalışırlar.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Vaşinqton Tehranla hansı mövzuların müzakirə oluna biləcəyi barədə “müəyyən anlaşma səviyyəsinə” nail olmaq istəyir.

Rubio bildirib ki, ən azı ilkin mərhələdə razılaşma yüksək səviyyəli qarşılıqlı anlaşma formatında ola bilər.

“Mütləq yazılı saziş imzalamaq vacib deyil. Lakin bizə diplomatik həll lazımdır və orada onların hansı mövzularda danışıqlara hazır olduqları, həmçinin bu danışıqları dəyərli etmək üçün ilkin mərhələdə hansı güzəştlərə getməyə hazır olduqları aydın göstərilməlidir”, - deyə ABŞ dövlət katibi vurğulayıb.

Rubio həmçinin qeyd edib ki, İran hər zaman nüvə silahına ehtiyacı olmadığını bildirsə də, əslində bunu nəzərdə tutmur.

O, Tehranı nüvə proqramı yaratmaq istəyən hər bir ölkənin atacağı addımları atmaqda ittiham edib.

ABŞ dövlət katibi İranın uzaqmənzilli raketlər sahəsində yeni texnologiyalara can atdığını və uranın zənginləşdirilməsi üçün yeraltı sentrifuqalar inşa etdiyini də xatırladıb.

Rubio əlavə edib ki, Tehran indi nüvə silahına sahib olmaq istəmədiyini nümayiş etdirmək imkanı əldə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Rubio  


Bizi "telegram"da izləyin