Ordu.az CNN-ə istinadən xəbər verir ki, Rubio bunu jurnalistlərə açıqlamasında deyib.
O, Tehranın mühüm dəniz yolunu bağlamaq və digər ölkələri boğazdan keçid üçün ödəniş etməyə məcbur etmək cəhdlərini tənqid edib.
“Onlar bunu hansısa yeni norma kimi qəbul etdirməyə çalışırlar. Heç bir halda onların ticarət gəmilərini partlatmaq və sulara mina yerləşdirmək imkanına malik olduqları faktı ilə barışmalarına icazə verə bilmərik”, - deyə Rubio Ağ Evdə bildirib.
ABŞ dövlət katibi eyni zamanda vurğulayıb ki, boğaz müharibədən əvvəl necə fəaliyyət göstərirdisə, elə də işləməlidir.
“Biz üstünlük veririk ki, həmin boğazlar əvvəl olduğu kimi açıq qalsın və hər şey əvvəlki qaydada davam etsin”, - deyə o qeyd edib.
Rubio İranla atəşkəs dövründə ABŞ-nin hərbi əməliyyatlarını “müdafiə əməliyyatı” adlandırıb.
“Bu, hücum xarakterli əməliyyat deyil. Bu, müdafiə əməliyyatıdır. Bunun nə demək olduğunu izah etmək çox sadədir: bizə ilk atəş açılmadıqca heç bir atəş olmayacaq.
Siz hansısa sürətli qayığın gəmiyə yaxınlaşıb ona atəş açmasına imkan verməyəcəksiniz. Biz buna cavab verəcəyik və artıq buna nail olmuşuq”, - deyə Rubio bildirib.
O, “Azadlıq” layihəsini “müdafiə köpüyü” və Hörmüz boğazının tam açılmasına doğru “ilk addım” kimi xarakterizə edib.
Rubionun sözlərinə görə, bu, boğazı yenidən açmaq və İran rejiminin son çarə olaraq başladığı iqtisadi qarşıdurmaya son qoymaq istiqamətində atılan ilk addımdır.
Sevinc Əliyeva
Ordu.az