ABŞ qüvvələri blokada başlayadan bəri İranla əlaqəli 51 ticarət gəmisini ələ keçirib

2026/05/1777955548.jpg
Oxunub: 288     08:56     06 May 2026    
Dəniz blokadası zamanı ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarından çıxan və ya İrana gedən 51 İranla əlaqəli ticarət gəmisini ələ keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verib.

"Bu günə qədər 51 gəmiyə ticarət gəmilərinin İrana daxil olmasının və ya çıxmasının qarşısını almaq üçün geri qayıtmaq əmri verilib", - deyə bildirilib.

Blokadanı tətbiq etmək üçün ABŞ İranın cənub-şərqində Ərəbistan dənizində iki təyyarədaşıyan gəmidən, göyərtəsində dəniz piyadalarından ibarət ekspedisiya batalyonu olan üç böyük desant gəmisindən, 12 idarə olunan raket esminesi və bir neçə minaaxtaran gəmidən ibarət güclü dəniz qüvvələrini cəmləşdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin