ABŞ HDQ-nin üçüncü raket daşıyan gəmisi Fars körfəzinə daxil olub

2026/04/1777557472.jpg
Oxunub: 474     08:02     06 May 2026    
ABŞ-yə məxsus üçüncü raket daşıyan gəmi USS “Rafael Peralta” “Azadlıq” missiyası çərçivəsində Hörmüz boğazını keçərək Fars körfəzi akvatoriyasına daxil olub.

Ordu.az “CBS News”a istinadən xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hər üç gəmisi, o cümlədən USS “Truxtun” və USS “Mason” esminesləri hazırda Hörmüz boğazının qərbində yerləşən zonada qərarlaşıb və növbəti göstərişləri gözləyir.

Rəsmilərin sözlərinə görə, bu qüvvələr çoxqatlı müdafiə sisteminin bir hissəsidir.

Sistemə hərbi gəmilər, aviasiya və hava hücumundan müdafiə vasitələri daxildir.

Bildirilib ki, məqsəd Fars körfəzindən boğaz vasitəsilə çıxan bütün ticarət gəmilərini qorumaqdır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bazar ertəsi Hörmüz boğazından keçərkən “USS “Truxtun” və USS “Mason” esminesləri İran qüvvələrinin hücumuna məruz qalıb.

İran tərəfi raketlərdən, pilotsuz uçuş aparatlarından və sürətli motorlu qayıqlardan istifadə edib.

Bu zaman ABŞ gəmiləri qırıcıların və helikopterlərin müşayiəti altında olub.

Hərbi qurumun nümayəndələri bildiriblər ki, gəmilərin müdafiə sistemləri və hava dəstəyi birlikdə bütün təhdidləri uğurla zərərsizləşdirməyə və ya dayandırmağa imkan verib.

Onların sözlərinə görə, buraxılan mərmilərin heç biri hədəfə çatmayıb, İranın iki motorlu qayığı isə batırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fars-körfəzi  


Bizi "telegram"da izləyin