Braziliyada təhsil müəssisəsinə hücum nəticəsində iki əməkdaş həlak olub

2026/05/1778037281.jpg
Oxunub: 317     05:10     06 May 2026    
Braziliyada təhsil müəssisəsinə silahlı hücum nəticəsində məktəbin iki əməkdaşı həlak olub.

Ordu.az-ın məlumatına görə, bu barədə G1 portalı xəbər verib.

Məlumata görə, hadisə nəticəsində həmçinin məktəbin bir neçə şagirdi və əməkdaşı yaralanıb. Zərərçəkənlərin dəqiq sayı və onların xəsarətlərinin ağırlığı müəyyənləşdirilir.

Polis 13 yaşlı hücumçunu saxlayıb.

Hadisə yerinə təcili yardım briqadaları və hərbi polis gəlib.

Məktəbdə dərslər cümə gününə qədər dayandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Hücum  


Bizi "telegram"da izləyin