Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
Məlumata görə, sənəd Hörmüz boğazında naviqasiya azadlığının müdafiəsini nəzərdə tutur.
Layihədə İrandan onun yerləşdirdiyi dəniz minalarının sayı və mövqeyi barədə məlumat açıqlaması, həmin minaların zərərsizləşdirilməsi üzrə səylərlə əməkdaşlıq etməsi, həmçinin humanitar dəhlizin yaradılmasına dəstək verməsi tələb olunur.
“Birləşmiş Ştatlar yaxın günlərdə bu qətnamə üzrə səsverməni səbirsizliklə gözləyir və Təhlükəsizlik Şurası üzvlərinin, eləcə də həmmüəlliflərin geniş dəstəyini almağa ümid edir”, - deyə Rubionun bəyanatında bildirilir.
ABŞ dövlət katibi qeyd edib ki, İran İslam Respublikası Hörmüz boğazını bağlamaq cəhdləri, gəmilərə hücum təhdidləri, naviqasiya üçün təhlükəli dəniz minalarının yerləşdirilməsi və bu strateji su yolundan keçidə görə ödəniş tələb etməklə dünya iqtisadiyyatını girov saxlamaqda davam edir.
Rubionun sözlərinə görə, qətnamə layihəsi İrandan hücumları, minalama fəaliyyətini və keçid haqlarının alınmasını dayandırmağı tələb edir.
Sevinc Əliyeva
Ordu.az