UKMTO: Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib

2026/04/1776086982.jpg
Oxunub: 490     03:21     06 May 2026    
Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarəti daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Hörmüz boğazında hadisə barədə məlumat alıb. Etibarlı mənbə, ticarət gəmisinin naməlum mərmi ilə vurulduğunu bildirib", - məlumatda deyilir.

Gəminin adı və hadisənin dəqiq koordinatları da daxil olmaqla hadisənin əlavə təfərrüatları açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UKMTO   Hörmüz  


Bizi "telegram"da izləyin