Ordu.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində yüksək mobil imkanlara malik platformaların hazırlanması və istehsalı həyata keçiriləcək.
Milli imkanlarla hazırlanan “Tayfun” raket sisteminə əməliyyat hərəkət qabiliyyəti qazandıracaq platformalar “Koluman”ın ağır yük nəqliyyat vasitələri üzrə mühəndislik təcrübəsi ilə hazırlanır.
DERMAN 8×8 taktiki təkərli platforma üzərində qurulan sistem buraxılış, daşınma-yükləmə və komanda-idarəetmə funksiyalarını bir modulda birləşdirir.
“Koluman” şirkəti SAHA EXPO 2026 sərgisi çərçivəsində 2026-cı il mayın 5-dən 9-dək keçiriləcək tədbirdə yeni platformalarını təqdim edəcək.
Şirkət 8×8 DERMAN logistika platformasını və 4×4 KISRAK ambulansını ilk dəfə nümayiş etdirəcək.
Şirkətin Mersinin Tarsus bölgəsində yerləşən 312 min kvadratmetrlik istehsal kompleksi bütün istehsal proseslərini tam şəkildə həyata keçirməyə imkan verir.
“Koluman” şirkəti NATO, Yaxın Şərq, Afrika və Cənub-Şərqi Asiya bazarlarında yeni əməkdaşlıqlar qurmağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az