“Armelsan” ilə TUSAŞ arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb

2026/05/1778011701.jpg
Oxunub: 497     00:09     06 May 2026    
“Armelsan” ilə TUSAŞ arasında “Gökbey” helikopteri və “Orkun 2053” dalğıc sonar sisteminin inteqrasiyası üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Ordu.az xəbər verir ki, sənəd SAHA 2026 sərgisi çərçivəsində imzalanıb.

Memorandum “Armelsan” İdarə Heyətinin sədri Yetkin Karakaş, “Armelsan” baş direktoru Can Emre Bakım, TUSAŞ İdarə Heyətinin sədri Ömer Cihad Vardan və TUSAŞ baş direktoru Mehmet Demiroğlu tərəfindən imzalanıb.

Şirkətin açıqlamasına görə, ənənəvi gəmi sonarlarından fərqli olaraq “Orkun 2053” sistemi 500 metr dərinlikdə fəaliyyət göstərə bilir, yüksək çıxış gücü və innovativ siqnal emalı alqoritmləri ilə seçilir.

“Bu sistem dərinliklərin səssizliyini və görünməzliyini aradan qaldırır”, - deyə açıqlamada bildirilib.

Bu çərçivədə “Orkun 2053” helikopter dalğıc sonar sistemi sualtı qayıqlara qarşı mübarizədə yeni imkanlar yaradacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Armelsan   TUSAŞ  


Bizi "telegram"da izləyin