Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin baş qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
O qeyd edib ki, gərginlik fonunda İran Fars körfəzində İsrailə hücum edərsə, hərbçilər “güc tətbiq etməyə hazırdır”.
“Qüvvələrimiz bütün istiqamətlərdə yerləşdirilib, onlar döyüş əməliyyatları aparır və həm yaxın, həm də uzaq məsafələrdə istənilən ssenariyə dərhal hazır vəziyyətdədir”, - deyə Zamir İsrail Hərbi Hava Qüvvələrinin komandanlığının təhvil-təslim mərasimində bildirib.
“İsrail Müdafiə Qüvvələri bütün sistemlərinin yüksək hazırlıq səviyyəsini qoruyur”, - deyə o əlavə edib.
Baş qərargah rəisinin sözlərinə görə, hərbçilər Fars körfəzində baş verən hadisələrin inkişafını diqqətlə izləyir və İsrailə zərər vurmaq cəhdlərinə qarşı güc tətbiq etməyə hazırdır.
Sevinc Əliyeva
Ordu.az