Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi vasitəsilə Süveyş kanalına bağlayır və ekspertlərin yekdil fikrincə, onun bağlanması qlobal mal dövriyyəsi üçün “sadəcə fəlakət olacaq”.
Türkiyə nəşrinin qiymətləndirməsinə görə, “Hörmüz və Bab əl-Məndəb boğazları ətrafındakı vəziyyət yeni quru kommunikasiya dəhlizlərinin yaradılmasını zəruri edir”. Türkiyənin “İnkişaf yolu” nəqliyyat dəhlizi layihəsi var. Planlaşdırıldığına görə, bu dəhliz İraqın Bəsrə limanını Türkiyənin Ceyhan limanı ilə İraq və İraq Kürdüstanının quru ərazilərindən keçməklə birləşdirməlidir. İsrail layihəsi isə Fars körfəzindən Aralıq dənizindəki Eylat və Hayfa limanlarına qədər dəmir yolu əlaqəsini nəzərdə tutur.
Başqa bir nəşr “Transxəzər beynəlxalq nəqliyyat dəhlizi”ni “quru Süveyş” adlandırıb. TASS-a aprelin 2-də verdiyi müsahibədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk birmənalı şəkildə bəyan edib ki, Çin və Rusiyadan Avropaya quru yük daşımaları “İran ərazisi ilə həyata keçiriləcək”.
İki həftə sonra Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası Zəngilanda keçirilib, burada Azərbaycan və İran Araz çayı üzərində körpü inşa ediblər. İran və Azərbaycan bir neçə dəfə bəyan ediblər ki, Ağbənd körpüsü dəmir yolu əlaqəsi üçün də istifadə oluna bilər.
Rusiyanın baş nazir müavini TRIPP-ə (Zəngəzur dəhlizi-red.) münasibətdə Moskvanın ilkin dözümlülüyünü Ankoricdə Donald Tramp və Vladimir Putin arasında əldə olunmuş razılaşmalarla əlaqələndirib. Son günlər Rusiya rəsmi media orqanları “Ankoric ruhunun bərpası”na işarə edir. Nəzəri olaraq ABŞ Ukraynanı Rusiyanın “tənzimləmə” şərtlərini qəbul etdirməyə məcbur edə bilər, bəs Rusiya İrana ABŞ kapitulyasiyasını qəbul etdirməyə qadirdirmi?
Asif Cəfərov
Ordu.az