Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutan görüş zamanı ölkələr arasında münasibətlər müzakirə olunub. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər”.
Gürcüstan və Ukrayna hakimiyyət nümayəndələri 2021-ci ildən etibarən görüş keçirməyib. 2021-ci ilin avqustunda Kiyevə rəsmi səfəri zamanı Gürcüstanın o zamankı baş naziri İrakli Qaribaşvili Zelenski ilə görüşmüşdü.
Sevinc Əliyeva
Ordu.az