Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Türkmənistandakı daimi əlaqələndiricisi Dmitri Şalapaçenkonu salamlamaq xoş idi. Mən onu BMT-nin Azərbaycandakı yeni daimi əlaqələndiricisi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdim və fəaliyyətində uğurlar arzuladım", - o yazıb.
Xatırladaq ki, bu ilin yanvarında BMT İqor Qarafuliçi Azərbaycanda müvəqqəti rezident-əlaqələndirici təyin edib. O, bu vəzifədə öz vəzifələrini 2026-cı il iyulun 1-dək icra edəcək.
BMT-nin Azərbaycandakı sabiq rezident-əlaqələndiricisi Vladanka Andreyeva ölkədəki missiyasını 2026-cı il yanvarın 8-də başa vurub.
Ordu.az