İlham Əliyev: "Bakı və İrəvan sülh gündəliyinə sadiqdir"

2026/05/1777885064.jpg
Oxunub: 297     12:39     04 May 2026    
Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır.

Ordu.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

"Avropa Siyasi Birliyi" sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır: "Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin