Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, “Zvartnots” hava limanında Slovakiya baş nazirini Ermənistanın baş nazir müavini Mher Qriqoryan qarşılayıb.
Qeyd edilir ki, Avropa Siyasi Birliyinin 8-ci sammiti mayın 4-də İrəvanda “Gələcəyin qurulması: Avropada birlik və dayanıqlılıq” mövzusu ilə keçirilir.
Avropa Siyasi Birliyinin ilk sammiti 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Daha sonra sammitlər ardıcıl olaraq Moldovanın paytaxtı Kişinyovda, İspaniyanın Qranada şəhərində, Böyük Britaniyanın Oksfordşir bölgəsində, Macarıstanın paytaxtı Budapeştdə, Albaniyanın paytaxtı Tiranada və Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilib.
Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderlərini bərabər əsaslarla, birlik ruhunda və ümumi məqsəd ətrafında birləşdirir. O, siyasi dialoqu və əməkdaşlığı təşviq etmək, ümumi maraq doğuran məsələləri həll etmək, Avropa qitəsində təhlükəsizliyi, sabitliyi və rifahı möhkəmləndirmək üçün platforma təqdim edir. Sammit Avropa liderlərinə təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır və mövcud heç bir təşkilatı, qurumu və ya prosesi əvəz etmir.
Alpər Mövludoğlu
Ordu.az