“Dövləti başqaları üçün plasdarm edirlər, Şuşanın nəzarətə götürülməsinə sevinən Zelenskini qarşılayırlar” - Şarmazanov

2026/05/1777880745.jpg
Oxunub: 355     17:45     04 May 2026    
“Bütün mahnıları oxumuşdular, indi də Zelenskini qarşılayırlar”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Eduard Şarmazanov özünün “Facebook” səhifəsində yazıb.

“O Zelenskini ki, 44 günlük müharibə günlərində birbaşa İlham Əliyevi dəstəkləyirdi.

O Zelenskini ki, Şuşanın nəzarətə götürülməsinə və Qarabağın nəzarətə götürülməsinə sevinirdi.

O Zelenskini ki, Kiyevin küçələri 44 günlük müharibədə Azərbaycanın qələbəsinə həsr olunmuş plakatlarla dolu idi”, - deyə o qeyd edib.

Şarmazanov bildirib ki, bunların məqsədi Ermənistanı “Ukrmənistan”a çevirmək və ölkəni beynəlxalq güc mərkəzlərinin toqquşma meydanına çevirməkdir.

“Dövləti başqaları üçün plasdarm edirlər və hələ cəsarətlə sülhdən danışırlar”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şarmazanov   Ermənistan  


Bizi "telegram"da izləyin