Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ öz təklifində iki aylıq atəşkəs istəyib.
Eyni zamanda İran vurğulayıb ki, bütün məsələlər 30 gün ərzində həll olunmalı və proses atəşkəsin uzadılmasına deyil, məhz müharibənin başa çatmasına yönəlməlidir.
İranın 14 maddəlik təklifinə “hərbi təcavüz”dən imtina zəmanətləri, İran ətrafından ABŞ hərbi qüvvələrinin çıxarılması, dəniz blokadasının ləğvi, dondurulmuş aktivlərin azad edilməsi, kompensasiyaların ödənilməsi, sanksiyaların ləğvi və Livan daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması, həmçinin Hörmüz boğazı ilə bağlı yeni tənzimləmə mexanizmi kimi məsələlər daxildir.
İran bu təkliflərə ABŞ-nin rəsmi cavabını gözləyir.
Sevinc Əliyeva
Ordu.az