Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir

2026/05/1777742040.jpg
Oxunub: 313     20:41     02 May 2026    
ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinn "X" sosial media hesabında paylaşım edilib.

"Karlonun bu həftə həm Ağdama, həm də Füzuliyə səfəri fevral ayında Prezident İlham Əliyev və Vitse-prezident Vens tərəfindən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini və Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və uzunmüddətli bərpanın təşviqi istiqamətində ortaq öhdəliyimizi bir daha təsdiqləyir", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, E.Karlon xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzuru ziyarəti çərçivəsində regionda səfərdə olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin