Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi qrupun mövqeyi ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Eyni zamanda, agentliyin həmsöhbətləri qeyd ediblər ki, ABŞ və İran arasında müharibə Fars körfəzindən neft tədarüklərini pozmaqda davam etdiyi müddətcə, artım əsasən kağız üzərində qalacaq.
“OPEC+-in yeddi ölkəsi iyunda neft hasilatı üzrə hədəf göstəricilərini gündə təxminən 188 000 barrel artırmaqla bağlı prinsipial razılığa gəlib, bu, ardıcıl üçüncü aylıq artımdır və onlar müharibəyə və bu həftə Birləşmiş Ərəb Əmirliklərinin qrupdan çıxmasına baxmayaraq, öz planlarını həyata keçirməyə davam edirlər”, - deyə mənbələr bazar günü planlaşdırılan siyasət məsələləri üzrə iclasdan əvvəl bildiriblər.
Sevinc Əliyeva
Ordu.az