Ermənistan hakimiyyətində “çat”: qərargah rəhbərləri narazıdır

2026/05/1777615239.jpg
Oxunub: 398     09:47     01 May 2026    
“Məlum olur ki, iyunun 7-də konstitusion çoxluq əldə etmək barədə hakimiyyətin yüksək vəzifəli şəxslərinin gurultulu bəyanatlarının arxasında öz şanslarına ciddi şəkildə şübhə edən və məğlubiyyət proqnozlaşdıran sıravi partiyalıların böyük kütləsi gizlənir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, xüsusilə, əsas səs gətirənlər hesab olunan “Vətəndaş Müqaviləsi” Partiyasının seçkiqabağı qərargah rəhbərlərinin şübhələri var.

“Hakimiyyətdəki mənbəmizə görə, qərargah rəhbərlərinin ümumi “çat”ı var və onlar demək olar ki, gündəlik rejimdə burada problemlərini müzakirə edir, şübhə və narahatlıqlarını bölüşürlər. “Vətəndaş Müqaviləsi” Partiyasının seçkiqabağı qərargahının rəhbəri, baş nazir aparatının rəhbəri Arayik Harutyunyan da “çat”dadır”, - deyə nəşr bildirib.

“Hraparak” yazıb ki, Harutyunyan şübhə qurdunu boğmağa və sıravi qərargah rəhbərlərinə inam və ruh yüksəkliyi ötürməyə çalışır.

“Bu günlərdə o, çatda alovlu mətn yazaraq komanda yoldaşlarının şübhələrini dağıtmağa çalışıb, onların şanslarının çox böyük olduğuna, qələbə məsələsində şübhə etməməli olduqlarına inandırıb. Lakin regional və yerli qərargah rəhbərləri bundan təsəlli tapmayıblar, çünki onlar yerdə dayanırlar və ayrı-ayrı söhbətlərdə narazılıq etməyə başlayıblar ki, yuxarıdakılar reallıqdan qopublar və vəziyyətin daha da pisləşməsi üçün hər şey edirlər: “Hakimiyyət özü özünə qarşı addımlar atır: gah yeni pasportlar mövzusu, gah da azərbaycanlıların səfəri…”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Harutyunyan   Seçki  


Bizi "telegram"da izləyin