Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, həmin iş adamının kim olduğu və hansı statusa malik olduğu barədə prokuror ətraflı danışmayıb, lakin “Joğovurd” qəzetinin məlumatına görə, söhbət Qarabağdan Ermənistana (könüllü-red.) köç etmiş iş adamı Arman Hakobcanyandan gedir.
“Onun barəsində hələ ötən il dekabrın 30-da prokurorluğa rəsmi məlumat təqdim olunub. “Joğovurd” qəzeti öyrənib ki, ötən il dekabrın 30-da “Veles” hüquq müdafiə QHT-si tərəfindən baş prokurora məlumat təqdim olunub. Bu, (qondarma-red.) “Qarabağ investisiya fondu”ndan vəsaitlərin mənimsənilməsi və onların Ermənistanda sonradan leqallaşdırılması ilə bağlıdır”.
Məlumatın müəllifi Marina Poğosyan yazıb ki, “Arman Hakobcanyan “Qarabağ investisiya fondunun “himayəçilər şurası”nın üzvü Ruben Vardanyanın müşaviri olub. Bir sıra sövdələşmələrdə Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəhbəri, məşhur Qriqori Sarkisyanın oğlu Bako Sahakyanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi Karen Sarkisyanla birlikdə olub, həmçinin “Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) general-mayoru Samvel Karapetyanın (general Oqanovskinin) yüksək himayəsi altında olub və ilkin dövrdə Ermənistanda Oqanovskinin əlaqələrindən istifadə edərək imtiyazlı fəaliyyətini artıq Ermənistan ərazisində davam etdirib”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, məlumata görə, “faktiki olaraq vəsaitlərin maneəsiz mənimsənilməsi və pul hərəkətinin gizlədilməsi məqsədilə 2002-ci il aprelin 27-də Ermənistanda “Qarabağda qeydiyyatdan keçmiş” “Kapavor” MMC-nin eyniadlı “Kapavor” MMC-si yaradılır.
“Onun hüquqi sələfi həmin gün “Qarabağda qeydiyyatdan keçmiş” “Dorkap Plyus” QSC olub və onun 100 faizlik səhmdarı Ermənistanda qeydiyyatdan keçmiş “Kapavor” MMC olub”.
Hakobcanyanların nələri var
“Kapavor” MMC-nin səhmdarları Arman Hakobcanyan və onun qardaşı Arayik Hakobcanyan olub. Qeyd etmək lazımdır ki, “Qarabağda qeydiyyatdan keçmiş” “Kapavor” MMC QİF qarşısında 36,822,257 Ermənistan dramı məbləğində kredit öhdəliklərini yerinə yetirməyib.
“Asfaltagorts” ASC, 2002-ci il sentyabrın 6-da təsis edilib, İrəvan şəhəri, Şirak küçəsi 47 ünvanında qeydiyyatdan keçib. “Asfaltagorts” MMC 2007-ci il aprelin 16-da təsis edilib, İrəvan şəhəri, Şirak küçəsi 47 ünvanında qeydiyyatdan keçib, təsisçiləri Arman Hakobcanyanın atası Marat Hakobcanyan, qardaşı Arayik Hakobcanyan və müəyyən paylarla Harri Qriqoryan adlı şəxs olub. Sonradan paylar onun anası Lira Qalstyan və Arman Hakobcanyan arasında bölüşdürülüb. “Asfaltagorts” MMC həmkarlar təşkilatı, 2008-ci il mayın 29-da təsis edilib, İrəvan şəhəri, Şirak küçəsi 47 ünvanında qeydiyyatdan keçib. “Kapavor” MMC 2023-cü il oktyabrın 12-də təsis edilib, İrəvan şəhəri, Şirak küçəsi 47 ünvanında qeydiyyatdan keçib. 2023-cü il dekabrın 29-da adı dəyişdirilərək “Kap Qrup” MMC olub, onun 100 faiz iştirakçısı Arman Hakobcanyan, direktoru isə Hraçik Qriqorii Sarkisyan olub (bu şəxs Arman Hakobcanyanın başqa təşkilatlarda da əlaqəli şəxsidir). “Kapavor Konstrakşn” MMC 2023-cü il iyulun 21-də təsis edilib, İrəvan şəhəri, Şirak küçəsi 47 ünvanında qeydiyyatdan keçib, 100 faiz iştirakçı Arman Hakobcanyan, direktor isə eyni Hraçik Qriqorii Sarkisyandır. “Kapavor Şin” MMC 2022-ci il martın 14-də təsis edilib, Ermənistan, Göyçə vilayəti, Tsovaqyuğ, 1-ci massiv, 4, 2 ünvanında qeydiyyatdan keçib”, - deyə məqalədə bildirib.
Nəşrin yazdığına görə, diqqətəlayiqdir ki, yuxarıda qeyd olunan təşkilat Marat Rubiki Gevorkyan adlı şəxs tərəfindən 50,000 Ermənistan dramı dəyərində 100 faizlik payla təsis edilib.
“İki ay sonra bu təşkilatın payı Qurgen Rudiki Hambartsumyan adlı şəxsə ötürülüb, bundan 2 ay sonra - 2023-cü il iyulun 4-də isə Arman Hakobcanyan 1,005,050,000 Ermənistan dramı qarşılığında eyni təşkilatın 100 faizlik payının sahibi olub. “Platinium Qarden” MMC 2023-cü il iyunun 7-də təsis edilib, İrəvan şəhəri, Şirak küçəsi 47/12 ünvanında qeydiyyatdan keçib, iştirakçılar Arman Hakobcanyan və 2024-cü il martın 1-dən etibarən Erik Danielyandır. “Femili Qarden” MMC 2022-ci il noyabrın 28-də təsis edilib, İrəvan şəhəri, Şirak küçəsi 47/12 ünvanında qeydiyyatdan keçib, fəaliyyət ünvanı: Ermənistan, Armavir vilayəti, Baqramyan icması, Talvorik kəndi, 100 faiz iştirakçı Arman Hakobcanyandır. “Perfekt Qarden” MMC 2023-cü il iyunun 29-da təsis edilib, İrəvan şəhəri, Nor Nork, 7-ci massiv, 2, mənzil 18 ünvanında qeydiyyatdan keçib, fəaliyyət ünvanı Armavir vilayəti, Dalarik kəndidir. “Qaz Strim” MMC 2022-ci il sentyabrın 27-də təsis edilib, Kotayk, Verin Ptxni, Göyçə-İrəvan magistralı 20 ünvanında qeydiyyatdan keçib. “Fleym Qaz” MMC 2022-ci il sentyabrın 27-də təsis edilib, Armavir vilayəti, Arqavand, Mərkəzi 2-ci küçə, 8 ünvanında qeydiyyatdan keçib. “Qaz Punt” MMC 2022-ci il sentyabrın 27-də təsis edilib, Kotayk vilayəti, Yeğvard, Zovuni 1/183 ünvanında qeydiyyatdan keçib. “Qaz Şen” MMC 2022-ci il sentyabrın 27-də təsis edilib, Ararat, Azataşen 3-cü küçə, 2/3 ünvanında qeydiyyatdan keçib. “Dğyak Hotel” MMC 2010-cu il dekabrın 9-da təsis edilib, Dilican, Sayat-Nova 50 ünvanında qeydiyyatdan keçib, fəaliyyət ünvanı Avan, Açaryan 37-dir. “Eko Top” MMC 2021-ci il aprelin 19-da təsis edilib, Lori, Vanadzor, Zoryan küçəsi, bina 79, mənzil 99 ünvanında qeydiyyatdan keçib, fəaliyyət ünvanı İrəvan şəhəri, Malatiya-Sebastiya, Monte Melkonyan 24/1-dir.
Paşinyan iş adamının qonağı olub, onun 180 hektarlıq şaftalı bağlarına heyran qalıb
Lakin bu hekayənin açıq siyasi tərəfi də var. 2026-cı ilin aprel ayının əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan Armavir vilayətinə səfər etmişdi və orada Arman Hakobcanyana məxsus “ağıllı bağlar”ı gəzmişdi”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, səfər zamanı Hakobcanyan bəyan etmişdi ki, layihənin həyata keçirilməsi üçün “təxminən 3 milyard dram öz vəsaitləri hesabına yatırılıb”, qalan hissə isə dövlət dəstəyi, yəni subsidiya proqramları çərçivəsində həyata keçirilib.
“Bu fonda siyasi dairələrdə fəal şəkildə müzakirə olunur ki, bu cür yüksək səviyyəli səfərlər himayədarlıq siqnalı kimi qiymətləndirilə bilər. Lakin eyni dövrdə Anna Vardapetyanın parlamentdəki bəyanatı aydın mesaj ehtiva edirdi: qanun qarşısında imtiyazlı şəxslər olmayacaq.
Və bu vəziyyətdə ziddiyyətli mənzərə formalaşır: bir tərəfdən mənimsəmə və çirkli pulların yuyulması ilə bağlı ağır ittihamlar, digər tərəfdən isə iş adamının ictimai fəallığı və yüksək səviyyəli siyasi səfərlər. Əgər prokurorluğun bəyanatı ardıcıl xarakter daşısa, bu iş Ermənistanda siyasi himayədarlığın həqiqətən istisna edilib-edilmədiyinin göstəricisinə çevrilə bilər.
Ancaq bir məsələ əsas olaraq qalır: əgər təqdim olunan şübhələr hüquqi qaydada təsdiqlənsə, söhbət ciddi cinayətlərdən gedir və bu halda məsuliyyət istənilən əlaqə və ya şəraitdən asılı olmayaraq qaçılmaz olmalıdır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az