Kanada-Azərbaycan dostluq qrupunun fəaliyyəti bərpa olunub - FOTOLAR

2026/04/canad-5332718094.jpg
Oxunub: 386     21:55     30 Aprel 2026    
Aprelin 30-da Kanadanın parlamentində Kanada-Azərbaycan dostluq qrupunun iclası keçirilmişdir.

Ordu.az xəbər verir ki, Kanadada Azərbaycan Respublikasının Səfirliyi bu məlumatı “X” sosial media platformasındakı rəsmi hesabında paylaşıb.

Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Vüsal Süleymanov, parlament üzvlərinin Azərbaycanın xarici siyasətinin prioritetlərinə, Azərbaycan-Kanada münasibətlərinə dair suallarını cavablandırmış, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində rolu, eləcə də mühüm nəqliyyat və logistika layihələrində iştirakı barədə müvafiq məlumatlar vermişdir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Azərbaycan  


Bizi "telegram"da izləyin