Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Konkret nədən, Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlikdən, yoxsa daha böyük bir şeydən söhbət getdiyini aydınlaşdıracağıq. Biz atəşi uzunmüddətli əsasda dayandırmağı, insanlar üçün etibarlı təhlükəsizlik və davamlı sülh təmin etməyi təklif edirik”, - deyə Zelenski sosial şəbəkələrdə yazıb.
O əlavə edib ki, bu məqsədə çatmaq üçün Ukrayna “istənilən ləyaqətli və effektiv formatda” işləməyə hazırdır.
Bundan bir gün əvvəl Vladimir Putin Donald Trampla telefon danışığında Qələbə günü qeyd etmələri dövrü üçün Rusiya və Ukrayna arasında atəşkəs elan etməyi təklif etmişdi. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Trampın özü isə daha sonra bildirib ki, “kiçik atəşkəsi” Putinə məhz özü təklif edib.
Əvvəlki dəfə cəbhədə atəşkəs 2026-cı ilin aprelində, Pasxa bayramında elan edilmişdi. Həmin vaxt Putin atəşkəs barədə birtərəfli qaydada bəyan etmişdi, Zelenski isə Ukrayna silahlı qüvvələrinin güzgü prinsipi ilə hərəkət edəcəyini bildirmişdi. Nəticədə tərəflər bir-birini çoxsaylı pozuntularda ittiham etmiş, döyüşlərin intensivliyi isə faktiki olaraq azalmamışdı. Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında qeyd etdikləri kimi, Rusiya qoşunları raket və aviasiya zərbələri endirməmiş və PUA-lardan istifadə etməmişdi.
Sevinc Əliyeva
Ordu.az