Ermənistanda əsas müxalif qüvvələrin ümumi reytinqi hakimiyyətdən daha yüksəkdir – SORĞU

2026/04/1775807841.jpg
Oxunub: 369     17:50     30 Aprel 2026    
“Əgər seçkilər qarşıdakı bazar günü keçirilsəydi, əsas üç müxalif qüvvə birlikdə hazırkı hakimiyyətdən daha çox səs toplayardı”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sosioloq Aharon Adibekyan adına Sosioloji Mərkəzin məlumatları göstərir.

Həmin məlumatları bu gün jurnalistlərlə görüşdə erməni sosioloq Aram Navasardyan təqdim edib.

Navasardyanın məlumatlarına görə, əgər hakim “Vətəndaş Müqaviləsi” partiyasının lehinə respondentlərin 26,7%-i səs verərdisə, “Güclü Ermənistan” (14,1%), “Hayastan” (8,2%) bloklarının, eləcə də “Çiçəklənən Ermənistan” partiyasının (7,5%) lehinə ümumilikdə respondentlərin 29,8%-i səs verərdi.

“26,7% bildirib ki, əgər seçkilər növbəti bazar günü keçirilsə, “Vətəndaş Müqaviləsi” partiyasının lehinə səs verəcək. “Güclü Ermənistan” blokunun lehinə 14,1%, “Hayastan” blokunun lehinə 8,2%, “Çiçəklənən Ermənistan” partiyasının lehinə 7,5% səs verərdi. Sorğuya əsasən, “Birlik qanadları” partiyasının lehinə 4,2%, “Demokratiya, qanun, intizam” partiyasının lehinə 3,1%, “İşıqlı Ermənistan” partiyasının lehinə 2,7%, “Mərhəmət” partiyasının lehinə 2,3%, “Yeni qüvvə” partiyasının lehinə 1,9%, “Respublika” partiyasının lehinə 1,7%, Xristian-Demokrat Partiyasının lehinə 1,1%, “Milli-Demokratik Qütb” partiyasının lehinə 0,7%, “Hamıya qarşıyam” partiyasının lehinə 0,6%, “Alyans” partiyasının lehinə 0,4%, “Koçari: milli dirçəliş və millətin oyanışı” partiyasının lehinə 0,4%, “Erməni Milli Konqresi”nin lehinə 0,4%, “Respublika naminə” partiyasının lehinə 0,3%, Reformistlər Partiyasının lehinə 0,3%, “Demokratik konsolidasiya” partiyasının lehinə 0,3% səs verərdi”, - deyə o qeyd edib.

Navasardyan bildirib ki, respondentlərin 8,3%-i suala cavab verməkdən imtina edib, 8%-i cavab verməkdə çətinlik çəkib, 1,3%-i bülletenləri korlamağa hazır olduğunu bildirib, respondentlərin 5,7%-i isə ümumiyyətlə səs verməyəcəyini açıqlayıb.

Onun sözlərinə görə, respondentlərin 57,5%-i seçkilərdə mütləq iştirak edəcəyini, 13,2%-i daha çox iştirak edəcəyini, 8,3%-i daha çox iştirak etməyəcəyini, 9,9%-i isə mütləq iştirak etməyəcəyini bildirib. 11,2% suala cavab verməkdə çətinlik çəkib.

“Respondentlərin 41,3%-i seçkilərin saxtakarlıqlarla keçəcəyini bildirib. 36,6% qeyd edib ki, əgər seçkilər ədalətsiz şəkildə keçirilərsə, küçə mübarizəsinə çıxmağa mütləq hazırdır, 9,9% isə yəqin ki, küçəyə çıxmağa hazır olduğunu bildirib. 4% suala cavab verməkdə çətinlik çəkib. Qalanları küçəyə çıxmağa hazır olmadıqlarını bildiriblər”, - deyə Navasardyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sorğu  


Bizi "telegram"da izləyin