Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə “Sputnik Armenia”nın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, heç bir öhdəlik yoxdur, amma könüllü əsaslar var və bu praktikaya alışmaq lazımdır.
“Ermənistan haraya gedirsə, bir küncdə başını aşağı salıb dayanan “kasıb qohum” obrazından çıxmalıdır. Bəli, biz imkan daxilində töhfə verməliyik, halbuki öhdəliklərimiz yoxdur”, - deyə Paşinyan bildirib.
Aprelin 30-da Ermənistan hökuməti iclasda Qəzza üzrə Sülh Şurasının nizamnaməsinin ratifikasiyası layihəsini təsdiqləyib. Layihə daha sonra ratifikasiya üçün parlamentə göndərilməlidir.
2026-cı il yanvarın 22-də Ermənistan da daxil olmaqla 19 ölkənin nümayəndələri Davosda Dünya İqtisadi Forumunun kuluarlarında Qəzza sektorunda sülh nizamlanması çərçivəsində yaradılmış Sülh Şurasının nizamnaməsini imzalayıblar. Təşkilata digər dövlətlər də qoşulub.
Ermənistan ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılmış Sülh Şurasının təsisçi üzvü kimi çıxış edir, lakin 1 milyard dollar məbləğində üzvlük haqqı ödəməyə borclu olan daimi üzv olmayıb. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, İrəvan Trampın təşəbbüsünə üç ilədək müddətə məcburi üzvlük haqları olmadan iştirak şərtləri ilə qoşulub.
Alpər Mövludoğlu
Ordu.az