Ermənistanın Baş naziri: “Malların Rusiyaya ixracı zamanı problemlər vaxtaşırı yaranır və həll olunur”

2026/04/1777551839.jpg
Oxunub: 289     16:20     30 Aprel 2026    
“Müxtəlif istiqamətlər üzrə belə məsələlər vaxtaşırı yaranır və həll olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində “Cermuk” mineral suyunun Rusiyaya ixracı ilə bağlı problemlər barədə suala cavab verərkən bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan mayeləşdirilmiş qaz və digər malların tədarükü üçün həmişə alternativ bazarlar axtarır. “Bu məsələ gündəliyimizdə qalacaq”, - deyə Paşinyan vurğulayıb.

Ermənistan KİV-ləri xatırladır ki, daha əvvəl Rusiyada “Cermuk” şirkətinin mineral su partiyasının satışı qadağan edilib.

Qeyd edilir ki, Ermənistanda artıq bir müddətdir mayeləşdirilmiş qaz qıtlığı müşahidə olunur və hakimiyyət bunu İrandakı hadisələrlə əsaslandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin