Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.
O, izah edib ki, Hovik Ağazaryanın işi də belə üzə çıxıb. Ağazaryan hazırda müstəqil deputatdır, əvvəllər isə hakim “Vətəndaş Müqaviləsi” partiyasının və onun parlament fraksiyasının üzvü olub.
“Başqa məsələdir ki, həmin gizli dinləmədən və siyasi təqibdən sonra müxalif olurlar ki, özlərini siyasi təqibə məruz qalmış şəxs kimi təqdim etsinlər. Çünki hakimiyyətin tərkibində olduğu halda özünü siyasi təqibə məruz qalmış şəxs kimi təqdim etmək məntiqsizdir. Bizim məhkum edilmiş nazirimiz var. Bəs gizli dinləmə olmadan o cinayət işləri necə açılıb?”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az