Rusiyada Ermənistandan gətirilən daha 1 milyondan çox “Cermuk” su butulkasının satışı bloklanıb

2026/04/1777549427.jpg
Oxunub: 305     15:42     30 Aprel 2026    
“Çestnıy znak” markalanma sistemi “Rospotrebnadzor”un tapşırığı ilə Ermənistandan idxal olunan “Cermuk” mineral suyunun daha 1 milyondan çox butulkasının satışını bloklayıb.

Ordu.az xəbər verir ki, bu barədə “RBK”ya “Rospotrebnadzor”un mətbuat xidmətindən məlumat verilib.

Qərar yoxlamanın nəticələri əsasında qəbul edilib, nümunələrdə məcburi tələblərin pozulması aşkar edilib. Daha əvvəl Rusiyada 338 mindən çox butulkanın satışı dayandırılmışdı. Hidrokarbonat tərkibinin normadan artıq olması səbəbindən “Cermuk”un ayrı-ayrı partiyalarının idxalı və dövriyyəsi dayandırılmışdı.

“Çestnıy znak” markalanma sistemi “Rospotrebnadzor”un tapşırığı ilə Ermənistandan idxal olunan “Cermuk” mineral suyunun daha 1 milyondan çox butulkasının satışını bloklayıb.

Məhdudiyyətlər 2025-ci il oktyabrın 23-dən 2026-cı il martın 27-dək buraxılmış məhsulun yeni partiyalarının yoxlanılmasından sonra tətbiq edilib. Nümunələrdə məcburi tələblərin pozulması aşkar edilib, qurumda izah ediblər. Məqsəd həyat və sağlamlığa mümkün zərərin qarşısını almaq olub. Doqquz buraxılış tarixinin müxtəlif qablaşdırmalı partiyalarının dövriyyəsi bloklanıb.

“Çestnıy znak” tənzimləyicinin sorğusunu aldıqdan sonra malın hər bir vahidinin satışını operativ şəkildə dayandırıb, - deyə KZPT-nin (markalanma sisteminin operatoru) baş direktor müavini Revaz Yusupov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin