Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, müəyyən vaxtdan sonra Ermənistan Azərbaycanla ermənilərin Qarabağa, Bakıya və digər ərazilərə qayıdışı məsələsini də müzakirə etmir.
Paşinyan qeyd edib ki, belə məsələlərin müzakirəsi mövcud siyasi prosesə təxribat xarakterli təsir göstərir və gərginliyi artırır.
Paşinyan bildirib ki, bu mövzuları siyasi gündəmə çıxaran iki qüvvə mövcuddur. Ermənistan Baş naziri bunu “ucuz siyasi spekulyasiya” adlandırıb. “Məsələn, Kaluga mənşəli oliqarx (“Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyan nəzərdə tutulur-red.) nə danışdığını anlamır, ona tapşırırlar, o da deyir”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az