Paşinyanın partiyasının rəhbəri İran səfiri ilə görüşüb

2026/04/1777546399.jpg
Oxunub: 328     14:46     30 Aprel 2026    
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının fraksiyasının rəhbəri Hayk Koncoryan 2026-cı il aprelin 30-u parlamentdə İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Məlumata görə, tərəflər regionda uzunmüddətli və sabit sülhün təmin olunmasına yönəlmiş səylərin vacibliyini vurğulayıblar.

“Görüşdə Ermənistan və İran arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin