“Sərhədsiz reportyorlar”ın hesabatında Ermənistan mövqelərini pisləşdirib, 34-cü yerdən 50-ci yerə düşüb

2026/04/1777540068.jpg
Oxunub: 378     13:04     30 Aprel 2026    
“Sərhədsiz reportyorlar” təşkilatının builki hesabatında Ermənistan mövqelərini pisləşdirib, 34-cü yerdən 50-ci yerə düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, Ermənistanın müxtəlif media mühitinə baxmayaraq, o, qütbləşmiş olaraq qalır.

“Ölkə daxili siyasi gərginlik, sərhəd təhlükəsizliyi problemləri və Ermənistanın Rusiya ilə Avropa İttifaqı arasındakı mürəkkəb mövqeyi ilə qidalanan görünməmiş səviyyədə dezinformasiya və nifrət nitqi ilə üzləşir”, - deyə beynəlxalq təşkilat qiymətləndirib.

“Sərhədsiz reportyorlar” təşkilatına görə, Ermənistanda jurnalistika peşə kimi tez-tez dəyərsizləşdirilir və nifrət nitqinə məruz qalır, siyasətçilər jurnalistləri “korrupsiya”da və ya öz rəqiblərinin maraqlarına xidmət etməkdə ittiham edirlər.

“Jurnalistlər tez-tez həm hakimiyyət nümayəndələri, həm də müxalifətçi siyasətçilər və onların tərəfdarları tərəfindən parlamentdə, küçədə və sosial mediada təzyiqlərə, təhqirlərə və zorakılığa məruz qalırlar”, - deyə hesabatda qeyd edilir. Hüquq müdafiəçiləri qeyd edirlər ki, jurnalistlərə qarşı zorakılıq halları çox vaxt cəzasız qalır.

180 ölkə arasında son onluqda diktatura rejimləri sırasında Şimali Koreya, Türkmənistan və Əfqanıstanla birlikdə Rusiya da var.

Ən azad mətbuata malik ölkələrin ilk üçlüyünə Danimarka, Niderland və Estoniya başçılıq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Media  


Bizi "telegram"da izləyin